Şintaro Orihara: “Macarıstan Qran Prisinin əsas mövzusu Aston Martin-in təkmilləşdirilmiş şassinin trasa çıxması olacaq. Biz komanda ilə sıx əməkdaşlıq edirik və güc qurğusunun inteqrasiyasında kömək edirik, ona görə də ilk məşq bütün sistemlərin işləməsinin yoxlanılması üçün çox vacib olacaq.
Hunqarorinq güc qurğusuna elə də sərt tələblər qoymur, ona görə də Macarıstanda B-spesifikasiyalı mühərrikimizin olmamasına baxmayaraq daha yüksək səmərəlilik gözləyə bilərik.
Əlavə olaraq, adətən Macarıstanda hava isti olur, ona görə həftəsonunun əvvəlində soyutma sisteminin işini də yoxlamalıyıq”.

