J.Vilnöv: “Rikkardo əvvəlki kimi gülməyəcək”

Sabiq Formula1 sürücüsü bildirib ki, Rikkardonu Red Bull komandasında çətin günlər gözləyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 3-cü yerdən başlasa da, yarışı 4-cü yerdə bitirmişdi və Red Bull komandasında ilk yarışına çıxan Maks Ferstappen karyerasının ilk qələbəsini qazanmışdı.

Maks bütün həftəsonu ərzində sürətli görünərək sıralanma turunun ilk iki sessiyasında Rikkardodan daha sürətli olmuşdu.

1997-ci ilin Formula1 üzrə Dünya Çempionu Jak Vilnöv düşünür ki, Rikkardonun işi artıq daha çətindir: “İndi əsas məsələ budur: Rikkardo nə edəcək? Rikkardo Fettel ilə olan hadisənin tərsini yaşayır. O vaxtı da Fettel komandanın lideri idi.

İndi isə Rikkardo. Tək fərq budur ki, Sebastyan 4 qat Dünya Çempionu idi. Rikkardo artıq daha az güləcək”.

Kanadalı sürücü Rosberq və Həmilton arasında yaşanan insidentə görə Rosberqi günahkar sayıb: “Lyuisə qapını aqressiv şəkildə bağladı. Buna görə də Nikonu günahkar sayıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*