Malayziya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1. xəbər verir ki, Red Bull təkcə yarışda yox, sürətli pit-stoplarda da qələbə qazanıb – komandanın mexanikləri Ferstappenin maşınının dörd təkərini 2.21 saniyə ərzində dəyişiblər. Onlar Rikkardonun maşınına etdikləri xidmətə görə də ilk onluğa düşə biliblər.

Ferrari komandası son iki yarışdakı yeganə pit-stopunu qüsursuz yerinə yetirib – 2.25 saniyə. Son yarışlarda az fərqlənən və bu reytinqdə liderliyi Mercedes-ə verən Williams isə üçüncü və altıncı nəticələri göstərib. Sepanqda Mercedes-in maşınları kimi, mexanikləri də yavaş olublar – komanda ancaq ilk onluqda son iki yeri tuta bilib.

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Mercedes 26 1 8 20 40 33 30 12 15 33 12 29 43 43 3 348
2. Williams 40 25 31 25 12 12 25 0 43 31 43 12 0 12 23 334
3. Red Bull 6 27 19 25 18 25 8 18 10 22 0 1 21 15 29 244
4. Ferrari 11 20 10 1 6 1 16 25 14 1 14 21 8 0 18 166
5. Force İndia 6 12 30 4 1 4 17 27 0 0 0 2 4 12 18 137
6. Toro Rosso 12 10 1 20 20 10 0 1 12 0 23 18 1 1 0 129
7. Haas 0 6 0 0 4 8 0 12 4 10 6 18 22 18 10 118
8. McLaren 0 0 2 6 0 8 5 6 2 4 1 0 0 0 0 34
9. Renault 0 0 0 0 0 0 0 0 0 0 2 0 2 0 0 4
10. Sauber 0 0 0 0 0 0 0 0 1 0 0 0 0 0 0 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*