14 Noyabr 2019, Cümə axşamı - 05:38

M.Ferstappen: “Boliddən razıyam”

M.Ferstappen: “Boliddən razıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

11:06 - 08 İyul, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, ilk gündən razı qalsa da, hələ çox işləməlidirlər…

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriyada cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.349 saniyə geridə qalaraq, 4-cü olub.

Maks Ferstappen: “Çox yaxşı gün idi. İkinci sessiyanın əvvəlində əyləclə bağlı xırda problemlər oldu və bir az vaxt itirdik. Amma proqramımızı uğurla yerinə yetirdik. Bu gündən razı ola bilərik. Bolidin balansından razı qalmadığım üçün bu axşam çox iş görməliyik. Buna baxmayaraq, öndəki komandalardan çox geri qalmırıq.

Bilirik ki, Mercedes sıralanma turunda mühərriyin gücünü artıracaq. Həm də hava hər an dəyişə bilər. Buna görə də bizi maraqlı şənbə günü gözləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 296
Teqlər , , ,
Paylaş

logo