L.Norris: Bolidi sürmək mümkün deyildi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bolidi sürmək mümkün olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriyada sıralanma turunda balans və əyləc problemlərinə görə düz-əməlli dövrə ata bilməyib və buna görə də sprint yarışına gerilərdən başlayacaq.

Lando Norris: “Əyləclə bağlı problemlərin niyə yarandığını bilmirəm. Bəlkə də hidrovlika düzgün işləmədi ya da naqilli əyləc sistemində problem var idi. Sistem lazım olan kimi işləmədi.

İlk sessiyada bir neçə problemsiz dövrə atdığım üçün xoşbəxtəm. İkinci sessiyada isə problemlər başladı. Əyləcə basmağın mənası yox idi. Buna görə yavaş sürürdüm. Artıq itirdiyimizi kompensə etməyə çalışacağıq.

Belə maşınla yarışmaq mümkün deyil. Hər şeyi düzəltməliyik. Sprint yarışında vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Yarışda hərş şey mümkündür. Çox həyəcanlıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*