McLaren apellyasiya üzrə qərarı gözləməli olacaq

Çərşənbə axşamı Parisdə McLaren-in Monakodakı yarış zamanı Pyerə Qasliyə verilmiş, daha sonra isə ləğv olunmuş cəzalarla bağlı apellyasiyasına baxılıb.

Komandanın rəhbəri Andrea Stella McLaren-də aydınlıq gətirilməsini istədikləri iki məqamı açıqlayıb. Birincisi, bütün sürücülərə münasibətdə ədalət prinsiplərinə əməl olunmasıdır. İkincisi isə, birbaşa McLaren-in maraqları ilə bağlıdır – Qaslinin cəzalarının ləğv edilməsinə görə komanda və Oskar Piastri xal itiriblər.

BBC Sport-un məlumatına görə, McLaren-in hüquqşünasları öz arqumentlərini təqdim ediblər, lakin komanda FİA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinin qərarını almaq üçün hələ bir müddət gözləməli olacaq. Britaniya komandasına bildirilib ki, hökm 2-3 həftə ərzində çıxarılacaq.

Beləliklə, Monako Qran Prisinin nəticələri rəsmən təsdiqlənənədək yarışdan artıq üç ay keçmiş olacaq.

,