15 Sentyabr 2019, Bazar - 18:17

V.Bottas: “Testlərdən çox şey öyrəndim”

V.Bottas: “Testlərdən çox şey öyrəndim”

Müəllif: Rauf Hacıyev, redaktor

19:26 - 12 Mart, 2017

Valtteri Bottas 53 dövrə vurduğu son gündən sonra bildirib ki, 8 günlük testlərdən çox şey öyrənib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin ilk həftəsində 1-ci olsa da, 2-ci həftədə Rəykkönen və Fetteldən sonra 3-cü olub.

Valtteri Bottas: “Testlərin son günündə gözəl dövrələr atdım və testləri inamla bitirdim. Artıq yarışmağa hazıram. Komanda olaraq bir az daha gücləndik və qazanmaq üçün lazımi hər şeyə sahibik. Bütün işçilərə təşəkkür edirəm. Mənim tez uyğunlaşmağıma kömək etdilər. Ümid edirəm ki, Melburnda boliddən tam performans əldə edərik və qalib gələrik. Testlərdə çox şey üzərində işlədik. Bunları təhlil etmək vaxt aparacaq. Buna görə də işləməyə başlamalıyıq. Artıq Avstraliya yarışının başlanmasını gözləyirəm. Ümid edirəm ki, gözəl mövsüm olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 884
Teqlər , ,
Paylaş

logo