Rusiya-2020: Birinci sərbəst yürüşlər

Mövsümün Avropadan kənardakı ilk yarışının elə ilk məşqlərində yalnız əsas sürücülər işləyiblər. Komandalar 2 həftəlik fasilədən istifadə edərək bir çox yenilik gətiriblər.

F-1.az bildirir ki, Sayns sessiyanın 30-cu dəqiqəsində yoldan çıxaraq qəza edib. Arxa qanadı zədələnən maşını boksa çatdıra bilib. Bir neçə dəqiqə ərzində Təhlükəsizlik Maşını Rejimi elan olunub. Karlos proqramını davam etdirə bilməyib.

Növbəti qəzanı 53-cü dəqiqədə Latifi edib. 10-cu döngədəki qəza qırmızı bayraqlara səbəb olub. Fasilə 9 dəqiqə davam edib. Yeni ön qanadı yoxlayan Norris sessiya ərzində ən çox məsafə qət edən sürücü olub.

Protokollara Valtteri Bottas başçılıq edib – 1:34.923. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:34.923 13
2 3 Daniel Rikkardo Renault 1:35.430 + 0:00.507 22
3 33 Maks Ferstappen Red Bull 1:35.577 + 0:00.654 22
4 11 Serxio Peres Racing Point 1:35.796 + 0:00.873 23
5 18 Ləns Stroll Racing Point 1:35.965 + 0:01.042 21
6 31 Esteban Okon Renault 1:36.061 + 0:01.138 23
7 26 Daniil Kvyat AlphaTauri 1:36.230 + 0:01.307 22
8 23 Aleksander Elbon Red Bull 1:36.254 + 0:01.331 24
9 5 Sebastyan Fettel Ferrari 1:36.323 + 0:01.400 23
10 10 Pyer Qasli AlphaTauri 1:36.706 + 0:01.783 25
11 16 Şarl Lekler Ferrari 1:36.896 + 0:01.973 23
12 55 Karlos Sayns McLaren 1:36.970 + 0:02.047 8
13 4 Lando Norris McLaren 1:37.110 + 0:02.187 28
14 99 Antonio Covinatsi Alfa Romeo 1:37.201 + 0:02.278 17
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:37.230 + 0:02.307 23
16 20 Kevin Maqnussen Haas 1:37.430 + 0:02.507 22
17 63 Corc Rassell Williams 1:37.595 + 0:02.672 24
18 8 Roman Qrojan Haas 1:37.649 + 0:02.726 24
19 44 Lyuis Həmilton Mercedes AMG 1:37.716 + 0:02.793 18
20 6 Nikolas Latifi Williams 1:37.784 + 0:02.861 11

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*