V.Bottas özünə neçə xal bal verib?

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, gözəl mövsüm keçirib və özünə 10 ballıq sistemlə 7.5 bal verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümü 3-cü yerdə bitirərək, karyerasının ən yaxşı nəticəsinə nail olub.

Valtteri Bottas: “Ümumilikdə özümə 7.5 xal verə bilərəm. Mercedes-də ilk mövsümüm idi və bəzi şeylərə uyğunlaşmalı idim. İndi daha yaxşı vəziyyətdəyəm və əminəm ki, gələn il performansım daha yaxşı olacaq. Bu mövsüm əksər yarışlarda problem yaşadım və istədiyim performansı sərgiyələ bilmədim. Çempionluq üçün stabillik hər şeydən vacibdir.

Braziliyada pouldan başladığım yarışda ikinci olmağım mənə təcrübə qazandırdı və sonrakı yarış Əbu Dabidə yaxşı performans göstərdim. Belə kiçik dəyişikliklər böyük fərqlər yarada bilir. Çox güclü olduğum dövrlər oldu. Əgər bunu bütün mövsümə əks etdirə bilsəm, hər şey daha yaxşı ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*