C.Palmer: “Bottas risk etmədi”

Sabiq Formula1 sürücüsü Colion Palmer bildirib ki, Bottas Bəhreyndə Fetteli keçmək üçün riskə girməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın sonlarında Fettelə yaxınlaşsa da, hücum cəhdləri nəticəsiz qalmış və Ferrari komandasının sürücüsü yarışı qazanmışdı.

Colion Palmer: “Bottasın olduğu vəziyyətdə olmuşam. Amma mən qələbə uğrunda mübarizə aparmırdım. Ancaq vəziyyət nə olursa-olsun, fürsətiniz varsa və bundan istifadə etmirsinizsə, fürsətin qaçdığını düşünürsünüz. İlk döngədə risk edib liderliyi ələ keçirə bilərdi. Ya da çox sərt manevr edərdi. Alınmasa, yenə ikinci olacaqdı. Heç olmasa, sınayardı. Lakin sonda hər şey daha pis ola bilərdi. Qəzalar belə hallarda olur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*