S.Fettel: “Yağışda itib-batdıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komandanın yaş trasdakı performansına görə təəccüblənib.

F-1.az xatırladır ki, almaniyalı sürücü poul qazanmış Həmiltona 2.5 saniyə uduzaraq, 8-ci olub, amma iki Red Bull sürücüsünün cəza almasına görə yarışa 6-cı yerdən start verəcək.

Sebastyan Fettel: “Sıralanma turunun son sessiyasında nə oldu, bilmirəm. Rəqiblərimizin bu cür şəraitdə necə sürətli olduğunu anlamadım. Problemləri təhlil etməliyik. Bəzi detalları işlədə bilmədik, amma bizi uzun yarış gözləyir və bolidin güclü tempi olduğuna əminəm. Yarış üçün narahat deyiləm. Montsa sürətli və ötmə üçün əlverişli trasdır. Buna görə də gözəl bir yarış gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*