Ayzek Həcər sükan arxasına qayıtmağa hazırlaşır

Ayzek Həcər Bakıdakı yarış həftəsonunda yenidən sükan arxasına qayıdıb Azərbaycan Qran Prisində çıxış edəcək, - bu barədə nüfuzlu holland nəşri Formule1.nl yazıb. Nəşrin Maks Ferstappenin komandası ilə yaxınlığını nəzərə alsaq, bu məlumata kifayət qədər inanmaq olar.

21 yaşlı fransalı sürücü yay fasiləsi günlərində boks rinqində məşq edərkən sol biləyindən zədə alıb və buna görə artıq üç mərhələni buraxıb. Zandfortda, Monzada və Madriddə onu Red Bull Racing-in heyətində kifayət qədər uğurla Liam Louson əvəz edib və bu müddətdə 12 xal qazanıb.

Lakin indi yenizelandiyalı Racing Bulls-a qayıdacaq, onun VCARB 03-nü sürən Yuki Tsunoda isə yenidən Red Bull komandalarının ehtiyat sürücüsü vəzifəsinə dönəcək. Nəzərə alsaq ki, Yuki uzun müddət yalnız simulyatorda işləyib, etiraf etmək lazımdır ki, o da işin öhdəsindən pis gəlməyib və İtaliya Qran Prisidə 10-cu yeri tutub.

Bununla belə, Həcərin zədədən sonra tam sağalması və yarışa buraxılması ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.