Belçika-2022: Yarış

Spada mövsümün ikinci yarısının ilk, yayın isə son yarışı baş tutub. Əfsanəvi trasda tribunalar hətəsonu boyunca olduğu kimi, yenə də tam dolub.

F-1.az xatırladır ki, cümə günü baş tutan sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, daha sonra isə Maks Ferstappen hamıdan sürətli olub. Dünənki son məşqlərdə isə Serxio Peres protokollara başçılıq edib. Sıralanma turunda Maks Ferstappen böyük fərqlə qalib gəlib, lakin yeritirmə cəzasına görə pouldan başlamaq haqqını ikinci olan Karlos Sayns əldə edib.

Səkkiz sürücü güc qurğusu dəyişikliyinə görə yer itirməklə cəzalandırılıb – Bottas 15 yer itirməli olub, Ferstappen, Lekler, Okon, Norris, Çjou və Şumaxer peletonun arxasına göndəriliblər. Tsunoda isə qapalı park qaydalarının pozularaq motorun dəyişdirilməsinə görə pit-leyndən start almalı olub.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4tərkiblərini gətirib. Start üçün Sayns, Bottas, Ferstappen və Lekler Soft, Tsunoda Hard, qalanları isə Medium-u seçiblər.

Yarışa birinci cərgədən Sayns və Peres, ikinci cərgədən Alonso və Həmilton, üçüncü cərgədən isə Rassell və Elbon başlayıb.

Startda Sayns üstünlüyünü qoruyub, Peres isə Alonso və hər iki Mercedes sürücüsündən geri qalıb. Fettel komanda yoldaşını trasdan çıxarıb və onun yer itirməsinə səbəb olub. Həmilton və Alonso təmas yaşayıblar – Lyuis yarışı dayandırmalı olub. Heç bir cəza verilməsə də, yeddiqat dünya çempionu səhvini boynuna alıb. Ferstappen və Lekler ilk onluğa giriblər. 2-ci dövrədə ilk onluq: Sayns – Peres – Rassell – Alonso – Fettel – Rikkardo – Albon – Ferstappen – Lekler – Stroll.

Latifi 6cı döngədə sürüşərək Bottasla təmas yaşayıb və finlandiyalı sürücünün yarışı dayandırmasına səbəb olub. TM trasa daxil olub. Leklerin ön əyləcinin soyutma sisteminə yad cismin düşməsi onun erkən pit-stop etməsinə səbəb olub. Restart 4-cü döngədə verilib – Sayns yenə yerini qoruyub. Alonso Rassellə hücumlar edib. Ferstappen isə Elbon və Rikkardonu dərhal keçib. Lekler də Latifi və Şumaxeri ötüb.

Elbon da Rikkardonu geridə qoyub. Maks isə növbəti 2 dövrədə Fettel, Alonso və Rasselli də keçərək artıq ilk üçlüyə yüksəlib. Lekler hər iki AlphaTauri pilotunu qabaqlayıb, Norris isə Maqnusseni geridə qoyub. Lekler daha sonra Çjou və Maqnussenlə mübarizədən qalib ayrılıb.

Elbon və Qasli pit-stop dalğasını başladıb, 12-ci dövrədə Sayns, Alonso və Maqnussen onlara qoşulub. Ferstappen komanda yoldaşını keçərək liderliyə yüksəlib, Sayns isə Rikkardonu keçib. Rikkardo, Okon və Rassell də təkərlərini dəyişiblər. Norris də pit-stopa çağrılıb, Lekler Strollu da geridə qoyub.

Peres, Fettel, Çjou və Şumaxer 15-ci dövrədə təkərlərini dəyişiblər. Peres Lekleri üstələyib. Şarl əks hücum etsə də, meksikalı sürücü yerini qoruyub. Maks pit-stopdan Saynsdan 5 saniyə arxada ikinci qayıdıb. Rassell də Lekleri ötüb.

Fettel Elbonu, Okon isə Rikkardonu keçib. Ferstappen böyük üstünlüklə Saynsa yaxınlaşaraq onu geridə qoyub, hətta dövrənin sonunda fərqi 2 saniyəyə çıxarıb. Norris Çjounu, Okon Elbonu üstələyib. Peres də ikinci yer uğrunda mübarizədə Saynsı udub.

Qasli, Sayns, Lekler və Alonso yenə pit-stop ediblər, Elbon, Stroll, Peres və Maqnussen də bir qədər sonra eyni addımı atıb. Alonso Çjounu keçərək 10-cu yerə qalxıb. Çinli sürücü pit stopa yönəlib, Rassell də təkərlərini yenə dəyişib. Ferstappen də pir-stopdan ldier kimi qayıdıb. Lekler Fetteli qabaqlayıb.

Okon, Rikkardo və Fettel təzə təkərlərə keçiblər. 35-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Sayns – Rassell – Lekler – Alonso – Qasli – Fettel – Okon – Albon.

Fettel Qasliyə hücum edərək qabaqlayıb, elə bu anda Okon onların hər ikisini keçib. Lekler sürətli dövrə üçün 43-cü dövrədə Soft təkərlərə keçib. lakin trasa qayıdarkən Alonso tərəfindən keçilib. Yenidən mövqeyini qaytarmaq cəhdi onu sürətli dövrədən məhrum edib. Daha sonra isə pit-leyndə sürət həddini aşdığı məlum olduğu üçün 5 saniyəlik cəza verilib və mövqeyini itirmiş olub.

Maks Ferstappen mövsümdə 9-cu, karyerasında isə 29-cu qələbəsini qazanıb. İkinci olan Serxio Peres həm çempionatda Şarl Lekleri qabaqlayıb, həm də komandasına mövsümdə 4-cü, tarixində isə 21-ci dublunu qazandırıb. Podiumun son pilləsinə Karlos Sayns çıxıb ki, bu, Ferrari-nin son 3 yarışda yeganə podiumu olub.

Mübarizə 1 həftə sonra çempionatın liderlinin vətənində – Niderlandda baş tutacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:25:52.894 2
2 11 Serxio Peres Red Bull + 0:17.841 2
3 55 Karlos Sayns Ferrari + 0:26.886 2
4 63 Corc Rassell Mercedes + 0:29.140 2
5 14 Fernando Alonso Alpine + 1:13.256 3
6 16 Şarl Lekler * Ferrari + 1:14.936 2
7 31 Esteban Okon Alpine + 1:15.640 2
8 5 Sebastyan Fettel Aston Martin + 1:18.107 2
9 10 Pyer Qasli AlphaTauri + 1:32.181 2
10 23 Aleksander Elbon Williams + 1:42.304 2
11 18 Ləns Stroll Aston Martin + 1:43.184 2
12 4 Lando Norris McLaren + 1:44.887 2
13 22 Yuki Tsunoda AlphaTauri + 1:45.429 2
14 23 Quanyu Çjou Alfa Romeo + 1:46.463 2
15 3 Daniel Rikkardo McLaren + 1:46.829 2
16 20 Kevin Maqnussen Haas +1 dövrə 2
17 47 Mik Şumaxer Haas +1 dövrə 2
18 6 Nikolas Latifi Williams +1 dövrə 3

 

* – Şarl Leklerin pit yolunda sürət həddini aşdığı üçün nəticəsinə 5 saniyə əlavə edilib

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:49.354 (32-ci dövrə, 230.575 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Valtteri Bottas Alfa Romeo 2 qəza
Lyuis Həmilton Mercedes 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 284
2 11 Serxio Peres Red Bull Racing 191
3 16 Şarl Lekler Scuderia Ferrari 186
4 55 Karlos Sayns Scuderia Ferrari 171
5 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 170
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 146
7 4 Lando Norris McLaren Racing 76
8 31 Esteban Okon Alpine F1 Team 64
9 14 Fernando Alonso Alpine F1 Team 51
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
11 10 Kevin Maqnussen Haas F1 Team 22
12 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 20
13 3 Daniel Rikkardo McLaren Racing 19
14 20 Pyer Qasli Scuderia AlphaTauri 18
15 47 Mik Şumaxer Haas F1 Team 12
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
18 23 Aleksander Elbon Williams Racing 4
19 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 4

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 475
2 Scuderia Ferrari Ferrari 357
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 316
4 Alpine F1 Team Renault 115
5 McLaren F1 Team Mercedes 95
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
6 Haas F1 Team Ferrari 34
8 Scuderia AlphaTauri Red Bull 29
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 24
10  Williams Racing Mercedes 4
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*