22 Avqust 2019, Cümə axşamı - 20:08

D.Rikkardo RB14-dən razı qalıb

D.Rikkardo RB14-dən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

19:01 - 20 Fevral, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo yeni RB14-ün daha xoş təəssürat bağışladığını bildirib.

F-1.az xatırladır ki, RB14 dünən təqdim olunduqdan sonra Rikkardo Silverstoun trasında sükan arxasına keçərək çəkiliş günü çərçivəsində yeni bolidi test edib.

Daniel Rikkardo: “Bir neçə dövrə vurduqdan sonra ilk təəssüratlar xoşdur. Bolidin davranışları məni qorxutmadı. Pis hava şəraitinə baxmayaraq, arxa tərəf çox balanslı idi. Hələ bir söz demək çətin olsa da, ilk təəssüratlarım cəsarətvericidir.

Bəzi problemləri anladıq. Amma problemləri burada hiss etmək Barselonada hiss etməkdən yaxşıdır. Bəzi çətinlikləri geridə qoymağımız əla xəbərdir.

Halo ilə də trası yaxşı görürəm. Onsuz da Halo ilə əvvəllər bir neçə dövrə vurmuşdum. Yəni, mənim üçün yeni bir şey deyildi. Bu gün bolidi sürərkən orada olduğunu heç hiss etmədim. Amma bolidə düşüb-minmək qəribə olacaq və bu problem deyil. Bir az işləyib bunu həll edə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər , ,
Paylaş

logo