Haas Rikkardonu istəyir?

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Daniel Rikkardo ilə danışıqlara başlamağa hazırdılrar.

F-1.az xatırladır ki, Daniel Rikardo ilin sonunda McLaren-dən ayrılacaq və onun harada yarışacağı hələ də məlum deyil. Haas komandası da gələn il Maqnussenin yanında kimi yarışdıracağına qərar verməyib.

Günter Ştayner: “Daniel komandamızla yarışmaq istəyirsə, mənə zəng etməlidir. Onun dalınca qaçmaq istəmirəm. Əvvəl qərarını verməli sonra danışıqlara başlamalıyıq.

Məncə, yaxşı sürücüdür. Niyə belə oldu bilmirəm. Haas-ın Rikkardo kimi sürücünü alması uğur olar. Keçən il yarış qazandı və indi komanda tapa bilmir. Onun istedadını təqdir edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*