19 Avqust 2019, Bazar ertəsi - 10:08

M.Ferstappen virtual təhlükəsizlik maşınından narazıdır

M.Ferstappen virtual təhlükəsizlik maşınından narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

20:31 - 28 Aprel, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, virtual təhlükəsizlik maşınına görə Sebastyan Fetteli qabaqlaya bilməyiblər.

 

F-1.az xatırladır ki, pit-stopdan sonra hollandiyalı sürücü Fettellə 10 saniyəlik fərqi 3.5 saniyəyə qədər salsa da, Rikkardo və Kvyat arasında yaşanan insidentə görə virtula təhlükəsizlik maşını rejimi başlayıb.

Maks Ferstappen: “Virtual təhlükəsizlıik maşını rejimi pis oldu. O əsnada hər dövrə fərqi 0.7-0.8 saniyə bağlayırdım. Hər şey qaydasında idi. Amma rejimdən sonra təkərlərin temperaturu düşdü. Onsuz da maşınımız təkərləri yaxşı işlədə bilmir. Ondan sonra çətin oldu. Bolid sürüşürdü. Asfaltla ilişmə qalmamışdı. Belə olan halda, döngəyə girərkən risk almırsınız və vaxt itirirsiniz. Yeddinci döngədə az qala divara çırpılırdım. Tras sürüşgən idi. Bu problemi həll edə bilmədik.

Pit-stopa gec girsək də, Ferrari-ni qova bildik. Hər şey bizim üçün yaxşı görünürdü. Virtual təhlükəsizlik maşını olmasaydı, daha yaxşı nəticə qazanardıq. Soft təkərlər çox yeyilirdilər. Rəqiblərdə də bu problemi görürdüm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , , , ,
Paylaş

logo