K.Horner: Red Bull müştəri komandasının rolunu üstələyib

Red Bull-un rəhbəri Monakoda baş tutan mətbuat konfransında komandanın vəziyyətindən və gələcəkdən bəhs edib.

F-1.az xəbər verir ki, Hornerin fikrincə, onları tam olaraq müştəri komandası adlandırmaq düzgün deyil.

Kristian Horner: “Əlbəttə, Forf motorlarına keçmək bahalı qərardır. Lakin biz müştəri komandasının rolunu aşmışıq. İndi bizim üçün şassiyə tam inteqrasiya olunmuş güc qurğusunun olması vacibdir, mühərrik və şassinin mühəndislərinin eyni bazada yan-yana oturduğu sistem ciddi üstünlük qazandırır.

Hondanın Formula 1-dən getmək qərarı olmasaydı, biz bu addımı atmazdıq. Öz mühərrikimizi və iş yerlərimizi yaratmaq üçün yığdığımız bu sürətə görə onlara minnətdar olmalıyıq. Honda ilə ilk dəfə olaraq mühərrikin müəyyən parametrlərinə təsir göstərə bildik, lakin 2026-cı il mövsümündə tamam başqa səviyyəyə çatacağıq”.

Xatırladaq ki, Red Bull bir neçə ildir ki, Red Bull Powertrains adı altında əslində Honda mühərrikləri ilə yarışır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*