L.Norris: Piastri də podiumda olmalı idi

McLaren komandasının sürücüsü Lando Norris ikinci yerə görə sevinsə də, komanda yoldaşı Piastrinin podiumda olmamasına görə məyusdur.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışın startında liderliyi alsa da, sonradan Ferstappenin hücumlarına tab gətirə bilməyib. Yarışın sonlarında isə yeddiqat Dünya Çempionu Lyuis Həmiltona qarşı müdafiə olunaraq, ikinciliyini qoruyub.

Komanda yoldaşı Piastri isə yarışa üçüncü yerdən başlasa da, təhlükəsizlik maşınına görə 4-cü yerə geriləyib və podiumdan kənarda qalıb.

Lando Norris: “Bütün komandaya təşəkkür etmək istəyirəm. Əla işlədilər. Onlar çox işləməsəydilər, indi podiumda olmazdıq. Doğrudan da təəccüblü nəticə əldə etdik. Bu mübarizədə olmaq çox dəlisovcasına idi.

Sonda mənə Hard təkər verdilər. Bunun səbəbini bilmirəm. Bəzi şeylərdə hələ xamdırlar. Amma Lyuislə aramızda inanılmaz mübarizə var idi. Bəlkə də, çox səhv etdim, amma əlimdən gələni etdim. Maksla da mümkün qədər mübarizə apardım.

Hard təkər qərarında yəqin ki, məni test etmək istədilər. Böyük ehtimalla bu qərarı Zek Braun verdi. Daha məntiqli olduğu üçün Soft təkərləri götürdüm, amma indi vecimə deyil. Yekunda ikinci oldum. Yəni ki, hər şey qaydasındadır.

Yarış bitdikdən sonra bütün dövrə ərzində hamıya əl salladım. Burada bizi dəstəkləyən bütün britaniyalı azarkeşlərə və McLaren-ə təşəkkür edirəm.

Düzünü desəm, ikinci və üçüncü olmalı idik. Oskar bütün həftəsonu ərzində əla işlədi. Bu gün təhlükəzilik maşını olmasaydı, üçüncü ola bilərdi. Bu, çox məyusedicidir. Podiuma layiq idi. Amma azarkeşlərimiz inanılmaz idilər. Hamısına təşəkkür edirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*