L.Həmilton: Əlimdən gələni etdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, əlindən gələni edib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu mövsümün ilk sıralanma turunda Ferstappendən 0.3 saniyə geridə qalaraq, ikinci olub.

Lyuis Həmilton: “Maksı təbrik edirəm. Əla iş gördü və son cəhdində çox güclü idi. Əlimdən gələni etdim, ancaq bəs eləmədi. Bolidin bundan artığına gücü çatmadı. Maksimum bu idi.

Testlərdən sonra yaxşı iş gördük. Bazadakı işçilər əla işlədilər. Onların hesabına Red Bull-a yaxınlaşdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*