15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:22

Rusiya-2019: Həftəsonuna hava proqnozu

Rusiya-2019: Həftəsonuna hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

11:24 - 26 Sentyabr, 2019

Soçidə həftəsonuna olan son proqnozlar dəyişkən və yağışlı hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın +25 dərəcəyə qədər qızacağı gözlənilir. Gün ərzində yağışın yağma ehtimalı 40%-dir və mülayim cənub-qərb küləyi əsəcək. Şənbə günü yağış ehtimalı çox yüksəkdir və temperatur maksimum +20 dərəcə olacaq.

Yarışın baş tutacağı bazar günü isə termometrlər maksimum +21 dərəcəni göstərəcəklər, yağıntı ehtimalı 30%-dir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 69
Teqlər , ,
Paylaş

logo