F-1.az xəbər verir ki, cümə günü Monrealda hava bir qədər buludlu olacaq və temperatur maksimum 17 dərəcəyə çatacaq. Şənbə günü hava 20 dərəcəyə qədər isinəcək və günəşli olacaq. Bazar günü üçün isə proqnozlar günün ikinci yarısında yağış və +21 dərəcəyə qədər temperatur göstərir.
Xatırladaq ki, keçən il Kanada Qran Prisində bütün sessiyalar quru trasda baş tutub.





