15 Noyabr 2019, Cümə - 09:46

Necə işləyir: yağışlı havada yarış

Necə işləyir: yağışlı havada yarış

Müəllif: Afgan Haji, redaktor

23:37 - 03 May, 2016

Yağışılı havada baş tutan yarışlar həmişə maraqlı olub. Sürücülərin bəzisi səhvə yol verir, bəzisi səhv strategiya seçimi edir, bəzisi bolidi düzgün sazlamır və s. faktorların təsiri nəticəsində çox həyəcanlı anlar görürük.

Komandalar yağışlı hava haqqında əvvəlcədən məlumatlandırılırlar. Həmin məlumatlar onlara daha düzgün strategiyanın seçilməsində kömək edir. Komandalar yağışın yağma və intensivlik faizinə çox ciddi diqqət etməli olurlar.

F-1.az xatırladır ki, hazırkı qaydalara görə sıralanma turundan sonra “bağlı park’ qaydası tətbiq olunur və buna görə müəyyən kompromiss axtarmaq məcburiyyəti yaranır.

Düzdür, yarışın direktorluğu hava dəyişikliyi haqqında məlumat verdikdə, müəyyən dəyişikliklər etmək olur, amma həmin dəyişikliklər siyahısına çox ciddi məhdudiyyətlər qoyulub.

Circuit of the Americas

 

Yağışlı hava üçün 3 əsas faktora diqqət yetirilməlidir.

  • təkər
  • yerə yatma qüvvəsi
  • klirens

Yağışlı yarışda bolidin yerə yatma qüvvəsi quru trasla müqayisədə daha çox olmalıdır. Bu, asfaltla ilişmənin zəifləməsini kompensasiya etmək üçündür.

Yaş traslarda, döngələrdə sürət azalır, buna görə də asqını yumşaq etmək lazımdır ki, mexaniki ilişmə artsın və pilot bolidin maksimum nəyə qadir olduğunu daha yaxşı hiss edə bilsin.

Pirelli

 

Yağış təkərləri əsas faktor olaraq effektiv olmalıdırlar. Yağış təkərinin bir dəsti saniyədə 60 litr suyu trayektoriyadan kənarlaşdıra bilər, bu isə bir dövrədə 5400 litr su deməkdir (dövrənin vaxtı 1 dəq 30 saniyə olarsa).

Əsas diqqət yetiriləsi məqamlardan biri də bolidin klirensidir. Yağışlı yarış zamanı klirensi artımaq vacibdir. Əgər trasda su çox olarsa, bolidin klirensi isə aşağı olarsa, bu zaman bolid su üzərində üzə bilər. Klirensin avtomatik artmasına yağış təkərləri ilə də nail olmaq olur, çünki, yağış təkərlərinin diametri artıq olur.

Ümumən bolidin sudan qorunmasına gəldikdə isə, buna ehtiyac yoxdur.

Daxili naqillər beynəlxalq İP65 standartına uyğundur. Bu enerjini rekuperasiya edən sistemlər üçün çox önəmlidir.

Yağış və Mercedes

 

Bütün bunlara baxmayaraq, 2009-cu ildə Malayziya Qran Prisində yağan güclü yağış hidroizolyasiya ilə problemlər yaratmışdı. Yağışlı yarışda qarşıda hərəkət edən bolidi ötmək də çox ciddi problemlərə gətirib çıxara bilər. Belə ki, qarşıda gedən bolidin arxasından çıxan su, arxadan ötməyə hazırlaşan pilotun başının üzərindəki motorun soyudulması üçün olan əsas hava kanalına daxil olur. Buna görə də həmin kanallara düşən suyun fəsadlarından qorunmaq üçün əlavə elementlər quraşdırılır və bununla da minimal mənfi nəticə əldə olunur.

Komandalar mühərriyin də iş rejimini tənzimləyirlər. Mühərriyin fırlanma momenti daha rahat rejimə keçirilir ki, pilotun bolidi idarə etməsinə yardım etsin.

Əlbəttə ki, bütün yardımçı və xüsusi faktorlar nəzərə alınsa da, pilotun yağışlı trasda idarəetmə bacarığı əsas rol oynayır. Pilot trasdakı vəziyyəti hiss etməlidir və su olan ərazilərdən mümkün qədər qaçmalıdır. Hətta yaş trasda asfalta ilişmə müxtəlif ola bilər. Pilotlar əsasən əylənmə zonasında trayektoriya dəyişikliyi edirlər, çünki quru asfalatın işlənmiş hissəsi yaş olanda təhlükəli olur. Ona görə də yaş trasda ilişmə qüvvəsini artırmaq üçün pilotlar adətən trayektoriyadan kənara, yəni işlənməmiş asfaltı seçirlər.

Yağış və Red Bull Racing

 

Quruyan trasda pilot təkərlərin temperaturunu ciddi nəzarətdə saxlamaq məcburiyyətindədir. Əgər təkərlərin temperatur dərəcəsi qalxmağa başlayarsa, pilotlar trasın yaş hissəsi ilə hərəkət edərək temperatur dərəcəsinin aşağı salınmasına çalışırlar.

Burada, komanda xüsusi keçid nöqtəsinə nəzarət edir – başqa növ təkərə keçid. Trasslardan fərqli olaraq faiz göstəriciləri dəyişməklə (17-25% düşmə tempi) komanda sürət tempinin düşməsinə nəzarət edir və trasdakı vəziyyəti nəzərə alaraq təkər tipinin dəyişdirilməsi qərarını verir.


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 952
Teqlər , , , ,
Paylaş

logo