Kanada yarışı baş tutmayacaq?

​​İsveçrənin Blick tabloidi yazır ki, təqvimdə yer alan Kanada Qran Prisindən əlavə Braziliya Qran Prisinin də keçirilməsi böyük sual altındadır.

F-1.az bildirir ki, Kanada Qran Prisi iki ay sonra baş tutmalıdır – yəni gələn həftənin ilk günlərində komandalar və təşkilatçılar yüklərin və avadanlıqların 25-30%-ni artıq gəmi ilə okeanın o biri tayına göndərməlidirlər. Ona görə də gələn həftə Kanada hökumətinin qəti cavabı alınmalıdır. Əgər cavab mənfi olarsa, təqvimdə Türkiyə Qran Prisi yer alacaq – təşkilatçılar artıq türklərlə danışıqlar aparıblar və razılaşma əldə olunub.

Braziliya Qran Prisi isə mövsümün sonunda olsa da, ölkədəki ağır vəziyyət yarışın keçirilməsini qeyri-mümkün edir. Jurnalistlərin fikrincə, mövsümün son iki yarışı Ərəbistan yarımadasında planlaşdırıldığı üçün Braziliyanı Bəhreyn əvəz edə bilər – düzdür, bu dəfə yarış Saxir Qran Prisi adı altında və elə keçən il olduğu kimi dairəvi konfiqurasiyada baş tuta bilər.

Blick-in yazdığına görə, gələn həftə hər iki yarış barədə rəsmi qərar açıqlanacaq. Hələlik isə dəqiq məlum olan budur ki, aprelin 16-18-də mövsümün ikinci mərhələsi İmolada əfsanəvi Dino və Entso Ferrarilərin adını daşıyan trasda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*