Azərbaycan-2023: Həftəsonuna hava proqnozu

Yarış həftəsonunda paytaxtımızda hava yaza uyğun - günəşli və sakit olacaq.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava günəşli olacaq, güclü cənub küləyi əsəcək. Temperatur +21 dərəcəni göstərəcək və yağıntı ehtimalı 14%-dir.

Şənbə günü külək bir qədər səngiyəcək, göy üzü dəyişkən buludlu olacaq və istilik +24°-yə çatacaq.
Bazar günü isə günorta buludlu, temepratur+25C-yə qədər olacaq. Yağış ehtimalı 7%-dən çox deyil.
Xatırladaq ki, ötən il Azərbaycan Qran Prisinin bütün sessiyaları quru trasda keçirilib.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*