11 Dekabr 2018, Çərşənbə axşamı - 10:48

Rusiya-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Rusiya-2018: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:23 - 26 Sentyabr, 2018

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, bu il ötmələri artırmaq məqsədilə Soçi Avtodromunda birinci DRS zonasının konfiqurasiyası dəyişdirilib: maşınlar arasındakı intervalın ölçülmə nöqtəsi düzlüyün ortasından sonuncu döngənin çıxışına keçirilib.

Əgər 18-ci döngənin çıxışında maşınlar arasındakı interval bir saniyədən az olarsa, onda arxadakı sürücü DRS-i birinci döngənin apeksinə 95 metr qalmış aktivləşdirə biləcək – keçən il aktivasiya nöqelə apeksdə idi. İkinci DRS zonası isə dəyişməz qalıb.

Bundan başqa, təşkilatçılar keçən illə müqayisədə trasda edilmiş dəyişikliklər barədə məlumat da yayıblar – dəyişikliklər elə də çox deyil: birinci, səkkizinci döngələr qarşısında olan ərazi, eləcə də, pit-leynin ginişində asfalt örtüyü yenilənib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 225
Teqlər , , , ,
Paylaş

logo