D.Rikkardo: “Yarışdan ümidimizi üzmüşük”

Rusiya Qran Prisinin cümə sərbəst yürüşlərində lider Fetteldən 1.8 saniyə geridə qalaraq 6-cı olan Rikkardo bildirib ki, Rusiya yarışından gözləntiləri böyük deyil.

F-1.az xatırladır ki, avstraliyalılar mövsümə pis başlayıblar və hazırda ən sürətli üçüncü komanda təəssüratı yaradıblar.

Daniel Rikkardo: “Həftəsonu bizim üçün pis başladı. Belə olmasını gözləyirdik. Hazırkı paketimizlə rəqabətədavamlı olmağımız çətin məsələdir. Əlimizdən gələni edib podium uğrunda mübarizə aparacağıq. Daha yaxşı nəticə qazanmaq isə mümkünsüzdür. Bəzi hissələrdə güclü idik, amma ümumilikdə Ferrari-dən çox geridə qalırıq. Ancaq işləməyə davam edəcəyik. Yenilənmiş bolidimizlə daha güclü olmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*