L.Stroll: RP20 çox güclüdür

Racing Point komandasının sürücüsü Ləns Stroll bildirib ki, builki bolidləro keçənilkindən güclüdür.

F-1.az xatırladır ki, kanadalılar ilk qış testlərində 369 dövrə – 1717 km – qət edib.

Ləns Stroll: “Testlərin son günündə bolidi sürmək əla oldu. Çoxlu dövrə vurduq, məlumatlar topladıq və proqramımızın üzərində işlədik. RP20 keçən ilin bolidindən çox fərqlidir. Keçən mövsümə nisbətən daha yaxşı vəziyyətdəyik. Rəqiblərimizin gördüyü işdən xəbərdar deyilik. Buna görə də öz işimizlə məşğul olmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*