F.Alonsonun getmək fikri yoxdur

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, uzun illər Formula1-də qala bilər.

F-1.az xatırladır ki, 41 yaşlı pilot bu il Formula1-də 20-ci tam mövsümünü keçirir. Buna baxmayaraq, o mövsümün ilk 3 yarışından 3 podiumla ayrılıb.

Fernando Alonso: “Məndən tez-tez soruşurlar ki, neçə il yarışacaqsan? Bunun cavabı mənə də maraqlıdır.

Formula1 karyerama başlayanda düşünürdüm ki, 7-8 il davam edərəm. Daha sonra iki titul qazandım və düşündüm ki, iki il artıq yarşıb, təqaüdə çıxaram. Ancaq indi Formula1 tarixinin ən uzun karyerasına sahibəm. Enerjiliyəm, motivasiyalıyam və hər günümdən həzz alıram.

Səhərlər dururam və gördüyüm işi sevirəm. Buna görə önümdə bir neçə il var. Ümid edirəm ki, bu illərdə titul uğrunda mübarizə aparan komandalarda yarışaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*