Komandalar daha çox ön qanad düzəltməlidirlər

Formula1-də ön qanadlar bu il daha enli olduları üçün bolidlər zədələnməyə daha çox məruz qala bilərlər. Buna görə də komandalar yarışlara bacardıqları qədər çox ön qanad gətirəcəklər.

F-1.az xatırladır ki, yeni qanadlar 20 sm daha enlidir və bolidlərlə eyni endə olacaqlar. Belə olan halda təkər-təkərə mübarizələrdə qanadın üzərindəki elementlərin qırılma ehtimalı artır.

Racing Point komandasının texniki direktoru Əndi Qrin bildirib ki, bu il yarışlara iki dəfə artıq ön qanad aparacaqlar: “Əvvəllər yarışa 5 qanad aparırdıq. Məncə, bu 7 və ya 9 olacaq. Görək nə baş verəcək. Lakin çıxan xərc eynidir. Çünki bunların istehsalı daha asan və ucuzdur. Buna görə də daha çox ehtiyat ön qanad düzəldəcəyik.

Çox enli olduqları üçün zədələnməyə meyillidirlər. Hələ tam gücdə sürməsək də, porebriklərdə sürtünürlər. Sürücülər startda çox diqqətli olmalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*