Mercedes komandası 2017-ci ilə köklənir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar tezliklə bütün resurslarla 2017-ci il üçün işləməyə başlayacaqlar.

F-1.az xatırladır ki, Mercedes hazırda ən yaxın rəqibi Ferrari-ni 131 xal qabaqlayır. Almanlar 2017-ci illə bağlı planlarını gecikdirmək istəmirlər. Mercedes sürücüləri bir-biri ilə sıx mübarizədə olsalar da, rəqibləri ilə fərqi hər yarış bir az daha artırırlar.

Toto Volff: “Gələn ildən etibarən qaydalar dəyişiləcək. Bu qaydalara daha yaxşı uyğunlaşmaq üçün tez bir zamanda işləməyə başlamalıyıq. Ayırmalı olduğumuz büdcəyə hələ qərar verməmişik. Bu mövzu barədə hələ də araşdırmalar aparırıq. Tez bir zamanda həll edəcəyimizə əminəm.

Bəzi komandalar 2016-cı illə bağlı işlərini tez dayandırdılar. Bu da onlara daha çox məlumat toplamağa kömək edəcək. Onlara çatmalıyıq. Bir neçə həftə gecikdiyiniz halda, çox geriyə düşə bilərsiniz. Mövsümün yarısı bitdi və işin çətin tərəfi başlayır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*