AlphaTauri yeni maşında motoru işə salıb

Biz artıq oxşar xəbəri bir neçə komanda barəsində vermişik. Bu dəfə analoji addımı atma növbəsi AlphaTauri-yə çatıb.

F-1.az bildirir ki, mövsümün startına həftələr qalmış, italyan komanda AT04 adlandırılan, yeni mövsümdə yarışacağı maşında Honda mühərrikini işə salıb. Bu barədə komandanın mətbuat xidməti sosial şəbəkələrdəki rəsmi hesablardan Fayentsada çəkilmiş videonu paylaşıb.

,