K.Horner: Tsunoda Red Bull-a keçməyə hazır deyil

Red Bull komandasının rəhbəri ardıcıl iki yarışda bir xal qazanan Yuki Tsunodanın çıxışını şərh edib.

F-1.az bildirir ki, Horner yaponiyalı sürücünün son dövrlərdəki inkişaf və irəliləyişini qeyd etsə də, onun hələlik Red Bull komandasında çıxış edəcək səviyyədə olmadığını bildirib.

Kristian Horner: “Düşünmürəm ki, Yuki artıq Red Bull Racing-ə uyğun səviyyədə çıxış edir, lakin o, böyük addımlar atır. Bir yarışçı kimi çox böyüyüb. Onun yaxşı sürəti var. Təcrübə toplayır, daha çoxyönlü sürücüyə çevrilir. Bu il o, güclü yarışlar keçirib.

Gələn il də AlphaTauri komandasının heyətini qoruyub saxlayacağıq. Hər iki pilotumuz qarşısında 2024-cü ilin sonuna qədər öhdəliklərimiz var. Ancaq Yuki-nin edə biləcəyi ən yaxşı şey AlphaTauri-də çox yüksək səviyyədə çıxış etməkdir. Onun üçün Red Bull-a keçmək hələ tezdir və hələ buna hazır deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*