S.Fettel: Mercedes istənilən halda sürətlidir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes Barselonadakı testlərin ən sürətli komandası olub.

F-1.az xatırladır ki, Mercedes komandası Valtteri Bottasla qış testlərinin ən sürətli dövrəsini vurub.

Sebastyan Fettel: “Mercedes sürətli görünür. İnsanların daha yaxşı gördüyü sıralanma tempindən başqa yarış tempində də güclüdürlər. Bizim də daha güclü və daha zəif olduğumuz tərəflərimiz var. Hazırda rəqiblərimizin necə işlədiyini bilmədiyimiz üçün bu barədə danışmaq çətindir. Bəzi detalları test etdik və elə detal var idi ki, yaxşı işləmirdi. Bu da performansımıza təsir etdi. Ancaq obyektiv yanaşsaq, görərik ki, Mercedes bizdən güclüdür. Nə vaxt trasa çıxırdılarsa, sürətli idilər. Balansları yaxşıdır. Rəqibləri sürətlənmək üçün çox işləməlidirlər. Məncə, altıgünlük testlərdə çox şey gördük. Lakin Avstraliyada hər şey dəyişə bilər. Bəlkə də, favorit deyilik. Görək necə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*