K.Sayns: SF23-ə öyrəşə bilmirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, SF23-ə öyrəşməkdə çətinlik çəkir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il hamını məyus etməkdədir. Onun Bakıdakı performansı isə sözün əsl mənasında biabırçılıq idi. O, komanda yoldaşı Leklerə böyük fərqlə uduzur.

Karlos Sayns: “Mənim üçün SF-23-ü sürmək çox çətindir. Mövsümün ilk yarışlarında başımı çox ağrıtdı. Düzgün sazlanmaları tapmaqda çətinlik çəkdik. Bu çətinliklərə baxmayaraq, hamı pozitivdir. Uzun müddətdir ki, belə hal olmurdu.

Bolidin sevmədiyimiz bəzi xüsusiyyətləri var. Hazırda bunları kompensə etməyə çalışırıq. Maranelloda vəziyyətdən razı olan bir nəfər də yoxdur. Geri dönmək üçün aqressiv inkişaf planı hazırlamışıq. Hamı vəziyyəti yenidən düzəltməyə çalışır. Komandanın hazırkı iş prinsipindən razıyam.

Bolidin yarış tempini artırmaq üçün görüləsi işlərimiz var. Bu bizim zəif nöqtəmizdir. Ümid edirəm ki, Mayamidə sürətlənərəm, çünki performansımdan razı deyiləm. İkinci qələbəmi qazanmaq üçün şansım var, amma bunun üçün Red Bull-un köməyi lazımdır. Keçən il onların köməyi lazım deyildi, çünki maşınımız yarış qazanacaq səviyyədə idi.

Bu il qələbə qazanacağımızı düşünürəm, çünki önümüzdə fərqli tipli traslar çoxdur. Yenə də bu qələbənin nə vaxt gələcəyi dəqiq bilinmir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*