V.Bottas: Ən yaxşı dövrəm deyildi

Mercedes komandasının sürücüsü Valtteri Bottas Saxirdə poul qazanmasına baxmayaraq, xoşbəxt deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerasının 16-cı poulunu əldə edib.

Valtteri Bottas: “Yeni komanda yoldaşınızın olması fərqli vəziyyətdir. Amma öz işimə fokuslanmaq istədim. Məncə, bunu bacardım. Strategiya cəhətdən çox yaxşı yerdəyik. Corcun ilk cərgədə olması gözəldir. Ancaq mən ən yaxşı dövrəmi vurmadım.

Yarış bir az müəmmalıdır. Digər bolidləri izləmək çətin idi. Buna görə poul qazandığım üçün sevincliyəm. Ümid edirəm ki, yaddaqalan yarış olar. Elə bil Miki Siçan trasındayıq. Qabarlar çoxdur. Sabah görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*