Williams test proqramını açıqlayıb

Komandanın yeni maşını - FW38-i ilk olaraq Valtteri Bottas idarə edəcək.

F-1.az Williams komandasının rəsmi twitter bloquna istinadən xəbər verir ki, fevralın 22-də Barselonada start götürəcək mövsümöncəsi testlərin ilk iki günündə Valtteri Bottas, son iki günündə isə Felipe Massa sükan arxasına keçəcək.

Komanda martın əvvəli keçiriləcək mövsümöncəsi 2-ci testlərdə də eyni proqramla çıxış edəcək.

Xatırladaq ki, Williams yeni maşını FW38-i testlərin ilk günündə təqdim edəcək. Ayın 19-da isə Silverstounda Valtteri Bottasın iştirakı ilə yeni maşının reklam çəkilişinin ediləcəyi bildirilir…

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*