V.Bottas: Düzgün təkərdəyəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas Rusiya yarışına üçüncü yerdən başlasa da, fərqli təkər strategiyasına görə rahatdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sabahkı yarışa Həmiltondan fərqli olaraq Medium təkərlərlə başlayacaq.

Valtteri Bottas: “Bütün həftəsonu ərzində vəziyyət yaxşı görünürdü. Tempim yaxşı idi və sıralanma turunda ilk iki sessiya əla keçdi. Ancaq düzünü desəm, son sessiyada rəqiblərim sürətləndi. Burada təkərləri ideal temperatura gətirmək çətindir. Son sessiyadakı ilk dövrəmdə təkərlərim çox soyuq idi. İkinci cəhdimdə sürətli gedə bilmədim. Lakin burada üçüncü yerdən başlamaq yaxşıdır. Bundan başqa yaxşı təkərləri seçmişəm.

Burada bir dəfə də üçüncü yerdən başlamışdım. Sonra nələr oldu bilirəm. Sabah da eyni şeyi sınayacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*