V.Bottas: “Həmiltonla yola gedəcəyik”

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas komanda yoldaşı Lyuis Həmiltonla yola gedəcəyinə əmindir...

F-1.az xatırladır ki, Mercedes gözlənilmədən karyerasını bitirən Rosberqin əvəzinə Bottası transfer edib. Formula1 dünyası artıq Bottasla Həmiltonun mübarizəsini gözləyir və finlandiyalı bu mübarizədə özünə güvənir: “2017-ci il mövsümü Formula1-dəki ən böyük mövsümüm olacaq. Williams-la 9 podium qazansam da, qələbə qazana bilməmişəm. Yeni komandamdakı ilk vəzifəm bu olacaq. Ümid edirəm ki, bacara bilərəm.

Lyuislə güclü cütlük olacağıq. Ona bir sürücü və bir insan kimi hörmət edirəm. Doğrudan da çox sürətli sürücüdür. Onun nəyə qadir olduğunu hamı bilir.

Əminəm ki, zaman nəticələrimiz yaxın olacaq və bir-birimizlə rəqabət edəcəyik. Amma komandanın inkişafı üçün bir yerdə işləyəcəyimizə əminəm. İkimizin də təcrübəsi var. Görək yarışda nə olur.

İşləməyə başlamaq üçün səbirsizlənirəm. Test üçün vaxtım var və hər şey qaydasındadır. Bolidə minəndən etibarən ən yaxşı nəticəni göstərmək üçün əlimdən gələni edəcəm. Hədəfim Mercedes-lə mümkün olan bütün xalları almaqdır. İnanıram ki, 2017-ci ildə yaxşı bolidimiz olacaq. Komandama güvənirəm.

Əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm. Mənə bu fürsəti verən Mercedes-ə, Daimler-ə və Toto Volffa təşəkkür edirəm. Bu fürsəti əldən verməyəcəm və var qüvvəmlə işləyəcəm. Hər şeyin yaxşı olacağına əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*