N.Rosberq: Mik tələsməməlidir

Sabqi Formula1 sürücüsü Niko Rosberq düşünür ki, Mik Şumaxerin adını güclü komandalarla hallandırmaq çox tezdir.

F-1.az xatırladır ki, gənc Şumaxer bu il Britaniyada ilk xallarını qazanmışdı. O, daha sonra Avstriyada da xallar qazanaraq, azarkeşlərini sevindirib.

Niko Rosberq: “Mik çətin günlər keçirdi və indi yaxşı temp tutduğu üçün sevincliyik. Tənqidlər get-gedə azalır. Bu isə bizə Formula1-də hər şeyin necə tez dəyişdiyini göstərir. Əvvəllər çox tənqid olunurdu, indi isə xəbərləri açanda onun haqqında tənqid görmürəm. Hər şeyi unutdurmaq üçün bir səkkizincilik və Ferstappenlə mübarizə bəs edir.

Hazırda yaxşı performans göstərsə də, inkişaf üçün vaxta ehtiyacı var. Əvvəlki yarışlar bunu göstərdi. Mik yüksək səviyyəli komandaya keçmək üçün tələsməməlidir. Tələskənlik ona baha başa otura bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*