L.Həmilton: “Kimi üçün hamımız darıxacağıq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Kimi Rəykkönenin idmandakı yeri görünəcək.

F-1.az xatırladır ki, bəzi xəbərlərə əsasən, Ferrari bu həftə finlandiyalı sürücü ilə yollarını ayıracağını açıqlayacaq və onun yerinə Şarl Lekler gətiriləcək.

Lyuis Həmilton: “Məncə, biri üçün darıxıb-darıxmamaq barədə suala cavab vermək çox çətindir. Amma idman onun üçün darıxacaq. Formula1-ə gəlməmişdən əvvəl Playstation-da onun maşınını seçərdim. Bu, sirr deyil və həmişə onun kimi olmaq istəyirdim. McLaren-də ilk sürdüyüm bolid Kiminin sazlanmalarına və asılqanlarına sahib idi. İnanılmaz və gözəl təcrübə idi. Çünki sürüş stillərimiz oxşardır. Onun sazlanmaları ilə özümü yaxşı hiss edirdim. Gözəl karyerası oldu və ona qarşı yarışmaq şərəfdir. Çox soyuq görünür. Yaşlansa da, cavan qalıb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*