M.Ferstappen yarışda gərgin mübarizə gözləyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Əbu Dabidə Ferrari və Red Bull arasında sıx mübarizə gözləyir.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Ferrari-dən Fettel 3-cü, Ferstappen isə 4-cü yeri tutub. Hollandiyalı rəqibindən 0.25 saniyə geri qalıb.

Maks Ferstappen: “Ümumi olaraq yaxşı gün idi. Temperatur fərqlərinə görə dəyişkən şərtlərdə mübarizə aparmağa çalışırıq. Yarış tempimizdən də razıyam. Cümə günü sərbəst yürüşlərində balans ilə bağlı vacib işlər gördük.

Ferrari yenə də güclü görünür. Onlarla yarışda çətin mübarizə gözləyirəm. Yarışda daha güclü olacağımıza əminəm. Sıralanma turunda Mercedes sürücülərinin güclü olacağına əminəm. Onlardan sonra ikinci cərgəni tutmaq üçün əlimizdən gələni edəcəyik. Yarış tempimiz onlara bir az yaxın olur. Mövsümü major notlarla bitirmək üçün əlimizdən gələni edəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*