D.Hill: Ferrarinin Braun və Todt kimi insanlara ehtiyacı var

1996-cı il dünya çempionu Deymon Hill Ferrari-dəki mövcud xoşagəlməz vəziyyət haqqında danışıb.

F-1.az xəbər verir ki, Hill komandanın Ross Braun və Jan Todt kimi liderlərə ehtiyacı olduğunu bildirib.

Deymon Hill: “İlk növbədə özlərinə tənqidi baxış lazımdır, ya da kənardan kimsə bunu edib deməlidir. Deyəsən, hazırda komandanın əziyyət çəkdiyi bir problem var – onlar həqiqətən kimin rəhbərlik etdiyinə əmin deyillər. Ferrari idmanda böyük qüvvədir, ona möhkəm idarəedici əl lazımdır. Məsələn, Ross Broun və Jan Todt kimi. Onlar məsələləri öz əllərinə ala və insanları onların ardınca getməyə inandıra bilirlər”.

Xatırladaq ki, italyanlar sözügedən iki mütəxəssisin komandada olduğu dövrlərdə Mixael Şumaxerlə birlikdə saysız uğurlara imza atıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*