Ferrari Sinqapura yeniliklər gətirib

Ferrari komandasının rəhbəri Mattia Binotto növbəti yarış olan Sinqapura yeniliklər gətirəcəklərini deyib.

F-1.az xatırladır ki, Ferrari bu il asfaltayatma cəhətdən problemlər yaşayır və buna görə də döngəli traslarda zəif performans göstərir. Buna görə də “qırmızılar”ın Sinqapurda da problem yaşaması gözlənilir.

Mattia Binotto: “Ardıcıl qələbələr komanda üçün əla hissdir. Amma bu qələbələr geridə qaldı və Sinqapurun bizim bolidimizçün əlverişli olmadığını bilirik. Buna görə də yavaş döngələrdə performansımızı artırmaqçün Sinqapura yeniliklərlə gedəcəyik”.

, , ,