Fittipaldi və Armstronq Ferrari Sürücü Akademiyasına qoşulublar

Ferrari komandası verdiyi açıqlamada bildirib ki, Markus Armstronq və Entso Fittipaldi Ferrari Sürücü Akademiyasına qoşulublar.

F-1.az xatırladır ki, həm Fittipaldi, həm də Armstronq Fyoranoda sürücü dəyərləndirmə testində iştirak etmişdilər.

Formula1 üzrə 2 qat Dünya Çempionu Emerson Fittipaldinin nəvəsi olan Entso keçən il Ginetta Junior çempionatında iştirak etmiş və mövsümü 18-ci yerdə başa vurmuşdu.

Fittipaldi daha əvvəl Amerikada kartinq çempionatında çıxış etmiş və 2009-cu ildə Rox Grand Nationals Micromax-ı 6-cı, Florida Winter Tour-u isə 7-ci yerdə bitirmişdi.

Armstronq isə Motorsport.com saytı tərəfindən ən həyəcanverici üçüncü kartinq istedadı seçilmiş və daha sonra Avropa Kartinq-də KF və KZ siniflərində yarışmışdı.

Gənc sürücü Formula Renault 2.0 və BRDC F3-də də bəzən trasa çıxıb. İki gənc sürücü Ferrari Sürücü Akademiyasında olan Şarl Lekler, Antonio Fuoko, Culiano Alezi və Quan Yu Jouya qoşulacaq.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*