F.Alonso: Təkərləri anlamalıyıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, təkərləri anlamaq lazımdır.

F-1.az xatırladır ki, daha əvvəl Monakoda iki yarış qazanmış ispaniyalı sürücü cümə sərbəst yürüşlərində onluğa düşə bilib.

Fernando Alonso: “Monako digər traslara nisbətən fərqlidir, çünki maşına güvənməlisiniz. Birinci sərbəst yürüşlərdə bir az qarışıq idi, amma ikinci sərbəst yürüşlərdə sazlanma tapmağa başladıq. Bəzi yerlərdə balans qeyri-stabil idi. Bunu düzəltmıliyik.

Sıralanma turunda təkərləri anlamalıyıq, çünki bu həftəsonu yarışa yaxşı yerdən başlamaq çox vacibdir. Hələ görüləcək işlər var. Adrenalinli olduğu üçün burada sürmək çox xüsusidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*