Lakin Aston Martin-in yarış direktoru Mayk Krək komandanın ikiqat dünya çempionu ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
“Əgər bir və ya iki mövsül əvvəl nə barədə danışdığımızı xatırlasaq, o zaman biz açıq şəkildə demişdik ki, o, komandamızda qalacaq, – deyə İspaniyanın Marca qəzeti Krəkdən sitat gətirib. – Fernando təxminən yay fasiləsi dövründə qərar qəbul etməyi planlaşdırır, biz isə sürücülərimizdən razıyıq. Onlar bizimlə birlikdə bu çətin dövrü yaşayırlar və biz onların bununla necə başa çıxdıqlarına görə onlara çox minnətdarıq.
Bunu dəfələrlə vurğulamışıq ki, bu cür çətinliklər ilk növbədə sürücülərə təsir edir, amma onlar hər şeyə dözürlər və hər ikisi tərifə layiqdir. Mən çox ümid edirəm ki, əməkdaşlığımız davam edəcək”.
Krəkə birbaşa sual verilib: “Alonso, bir aydan bir qədər sonra 45 yaşını qeyd edəcək, Formula1-dən ayrıla bilərmi?” O, suala belə cavab verib: “Fernando karyerasını bitirməməlidir, çünki o, hələ də çox sürətlidir”.
Məlumata görə, bu zaman Mayk Krək geniş şəkildə gülümsəyirmiş, sanki nəyisə artıq bilirmiş.





