F.Alonso inamını itirib

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, birinci sərbəst yürüşlərdə vaxt itirdiyinə görə komandaya güvəni itib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda birinci sərbəst yürüşlərdə əyləc problemi yaşadığı üçün boksda çoxlu vaxt itirib.

Fernando Alonso: “Çətin idi. İlk sessiyanı əyləc probleminə görə əldən verdik. Buna görə də məyusam. Çünki burada özünə inamı artırmaq üçün çoxlu dövrə vurmalısınız. Uşaqlar yaxşı iş gördülər və bolidi ikinci sərbəst yürüşlərə hazırladılar. Buna görə də bir hissəsini kompensə etdik. Məncə, şənbə daha yaxşı olacaq. Ümid edirəm ki, şənbə günü güclənərik. Məncə, trasdakı şəraitin də dəyişməsilə bolidimiz güclənər. Sadəcə buna tez uyğunlaşmalıyıq. Sıralanma turu yarışın 99 faizidir və yaxşı yer tutmaq üçün güclü nəticə qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*