23 Avqust 2019, Cümə - 02:25

L.Həmilton ən yaxşı nəticə ilə çempion olmaq istəyir

L.Həmilton ən yaxşı nəticə ilə çempion olmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 28 Oktyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Meksikada Dünya Çempionu tituluna yiyənlənmək üçün ən yaxşı performansını göstərəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücünün çempion olması üçün Meksikada 5-ci yeri tutması bəs edəcək.

Lyuis Həmilton: “Meksikada qalib gələrək çempion olmaq istəyirəm. Vacib şansım var və ilk cəhdimdə bunu bacarmalıyam. Son yarışlarda yaxşı iş gördüyümü düşünürəm. Bu çempionluğu nə qədər çox istədiyimi göstərdim və hər yarış qüsursuz performans göstərdim. Ostində qalib gələrək, Ferrari-nin ümidlərini puç etdik və indi də eynisini təkrarlamalıyıq. Hələ xəyal qurmuram. Avtoidmanda hər şey baş verə bilər. Buna görə də məyus olmaq istəmirəm. Qalib gələrək çempion olmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 177
Teqlər , , ,
Paylaş

logo