23 Avqust 2019, Cümə - 02:51

K.Saynsın saçlarını zorla kəsdiriblər?

K.Saynsın saçlarını zorla kəsdiriblər?

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 27 Oktyabr, 2017

Renault-ya keçdikdən sonra saç tərzini dəyişən Karlos Sayns bildirib ki, Toro Rosso-da olanda da eyni saç tərzindən istifadə edirmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ostin yarışında Renault komandasında debüt etmiş və ilk yarışında 7-ci yeri tutmuşdu. Amma 23 yaşlı sürücü Renault komandasında yeni saç tərzi ilə diqqətləri cəlb etmişdi. Bəzi mütəxəssislər güman ediblər ki, Renault komandası Saynsın qarşısına bu tələbi qoyub. Amma gənc sürücü bunu təkzib edib: “Qətiliklə, yox. Həmişə saçımı belə kəsdirirəm, amma həmişə papaq taxdığım üçün insanlar hiss etmir. Hər cümə axşamı təraş oluram və saçımı kəsdirirəm, amma heç kim görmür.

Red Bull və Renault arasında taxacağım papaq barədə danışıqlar gedir. Yenidən papaq taxmaq üçün səbirsizlənirəm. Papaq taxanda güzgü qabağında daha az vaxt keçirirsiniz. Bu istədiyim şeydir.

Renault-da ilk həftəsonum yaxşı idi və qazandığım nəticə ilə fəxr duyuram. Meksikada bunu davam etdirməliyik. Bolidə uyğunlaşmaq üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 658
Teqlər , , ,
Paylaş

logo