Emiliya Romanya-2021: Birinci sərbəst yürüşlər

Bu gün İmolada havanın istiliyi +10 dərəcədən bir qədər yuxarı olub. Komandalar testlərdən və Bəhreyndəki yarışdan sonra cari mövsümdə ilk dəfə belə sərin havada işləyiblər.

F-1.az bildirir ki, çətin trasda məşqlər Mazepinin çınqıllığa düşməsi ilə başlayıb. Rusiyalı sürücü boksa qayıdıb, bir qədər sonra yenidən proqramını davam etdirib. Bir qədər sonra başqa bir debütant Tsunoda ilk şikanda ciddi səhvə yol verib. Ferstappen və Latifi də çınqıllığa çıxıblar, lakin ciddi problem yaranmayıb.

FOM-da texniki problem yaranıb, komandalar maşından məlumatları ala bilməyiblər və radioəlaqə olmayıb. Bu da 38-ci dəqiqədə qırmızı bayrağa səbəb olub. Sürətli dövrəsində olan Peres yavaş sürətlə hərəkət edən Okonla toqquşub və arxa sol təkəri deşilib. Okonun maşınının isə ön sağ asılqanı qırılıb. Fasilə 10 dəqiqə davam edib. Sessiyanın sonlarına planlaşdırılan Virtual Təhlükəsizlik Maşını sınağı texniki nasazlıqlar aradan qalxmadığı üçün ləğv edilib. Məşqlər Mazepinin qəzası ilə başladığı kimi, belə də başa çatıb.

Protokollara 1:16.654-lük nəticə ilə Valtteri Bottas başçılıq edib. Sərbəst yürüşlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:16.564 23
2 44 Lyuis Həmilton Mercedes AMG 1:16.605 + 0:00.041 25
3 33 Maks Ferstappen Red Bull 1:16.622 + 0:00.058 21
4 16 Şarl Lekler Ferrari 1:16.796 + 0:00.232 13
5 10 Pyer Qasli AlphaTauri 1:16.888 + 0:00.324 21
6 55 Karlos Sayns Ferrari 1:16.888 + 0:00.324 26
7 14 Fernando Alonso Alpine 1:17.457 + 0:00.893 23
8 18 Ləns Stroll Aston Martin 1:17.489 + 0:00.925 19
9 6 Nikolas Latifi Williams 1:17.739 + 0:01.175 24
10 3 Daniel Rikkardo McLaren 1:17.769 + 0:01.205 23
11 63 Corc Rassell Williams 1:17.866 + 0:01.302 25
12 7 Kimi Rəykkönen Alfa Romeo 1:17.883 + 0:01.319 16
13 4 Lando Norris McLaren 1:17.935 + 0:01.371 16
14 5 Sebastyan Fettel Aston Martin 1:17.984 + 0:01.420 23
15 99 Antonio Covinatsi Alfa Romeo 1:18.058 + 0:01.494 24
16 11 Serxio Peres Red Bull 1:18.228 + 0:01.664 15
17 31 Esteban Okon Alpine 1:18.360 + 0:01.796 20
18 9 Nikita Mazepin Haas 1:18.823 + 0:02.259 22
19 47 Mik Şumaxer Haas 1:19.480 + 0:02.916 18
20 22 Yuki Tsunoda AlphaTauri 1:19.781 + 0:03.217 11

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*